Müraciət et
Xətai ray. Xocalı pr. 40
Bakı, Azərbaycan
Fəaliyyət
7/24
Təhsil və İnkişaf Mərkəzi

Pragmatech

Müraciət et

Üstünlüklər

İş və maddi gəlir əldə etmə zəmanəti
Aktiv təhsil planlarından hər hansı birini uğurla başa vuran bütün tələbələrimizə işlə təmin olunma və ya tədris müddətində ödədiyi məbləği mərkəz tərəfindən veriləcək olan işləri yerinə yetirməklə geri qazanma zəmanəti verilir.
Pragmatik təhsil modeli
Tələbərimiz tədris zamanı birbaşa iş dünyasında tələb olunan problemlərin həlli üzərində işləyərək öyrənəcəklər. Bu model sayəsində tələbələrimiz şirkətlərdə təcrübəçi olaraq deyil birbaşa təcrübəli əməkdaş olabilmək kimi ciddi üstünlük əldə edəcəklər.
İş dünyasına yaxınlıq
Mərkəzimizdə mütəmadi olaraq yerli IT şirkətlərinin təqdimatları və şirkət əməkdaşları ilə görüşlər keçiriləcək.Bu sayədə tələbələrimiz gələcəkdəki iş mühitləri və əməkdaşları ilə birbaşa ünsiyyətdə olma və onların təcrübələrindən faydalanma şansı əldə edəcəklər.
Həftəlik əlavə təlimlər
Tələbələrimizə əlavə xüsusiyyət və qabiliyyətlər qazandırmaq məqsədi ilə hər həftənin şənbə günü sektorda təcrübəsi olan insanların iştirakı ilə seminar, workshop və ya əlavə təlimlər təşkil olunacaq.
7/24 fəaliyyət göstərən mərkəz
Tələbələrimiz zaman məhdudiyyəti olmadan mərkəzimizdən istifadə edə biləcəklər. Rahat və əyləncəli mühitdə təhsil keyfiyyətlərini artırmaq çox daha asan olacaq.
Dəstək komandası
Mərkəzimizdə fəaliyyət göstərən proqramçı komandası hər zaman tələbələrimizin problemlərinin aradan qaldırılması üçün onlara komanda rəhbərliyi edəcəklər.

Təhsil planları

Sual-Cavab

Təhsil üçün ödədiyin məbləği Pragmatech tərəfindən sənə veriləcək işlərin yerinə yetirilməsi qarşılığında 100% geri qazanacaq və ya işlə təmin olunma zəmanəti əldə edəcəksən.

İmtahanlar həm nəzəri həm də praktiki imtahanlar formasında olacaq.

Foundation modulunu bitirdikdən və tələb olunan imtahanı uğurla keçdikdən sonra sənə verilən işləri təhvil verməklə maddi gəlir əldə etməyə başlayacaqsan.

Oxuduğun və dinlədiyin məlumatı asanlıqla başa düşə bilməyin bizim dərsləri rahatlıqla qavraman üçün kifayətdir.

Təhsil modulları sənin tamamlamalı olduğun təhsil planlarının tərkib hissəsidir və hər biri ayrı mövzuları əhatə edir.Təhsil planı isə sənin Pragmatech daxilindəki təhsilin üçün yol xəritəsidir.

Sizin təhsil keyfiyyətiniz Pragmatech tərəfindən təmin olunur. Tədris modullarının hər biri fərqli müəllimlər tərəfindən tədris oluna bilər. Ona görə də sizin hansı müəllimdən dərs alacağınız təhsil prosesi başladıqdan sonra müəyyən olunacaq.

Ödənişlər aylıq ödəmə formasında olacaq və hər ayın əvvəli ödənilir.

Dərslər Azərbaycan dilində tədris olunur. Tədris zamanı istifadə olunan vəsaitlər ingilis dilində olacaq. Buna görə də ingilis dili biliyiniz əhəmiyyətlidir.

Haqqımızda

Pragmatech Təhsil və İnkişaf mərkəzi praqmatik təhsil modelinə əsaslanan tədris şirkətidir. Praqmatik təhsil modeli nədir? Bu model təhsilin birbaşa iş dünyası ilə inteqrasiasını təmin edərək tələbələrin öyrənmə sürətlərini artırılmasını hədəfləyən təhsil modelidir. Hədəfimiz tələbələrin təhsilə qoyduqları investisiyanı qısa müddətdə geri qazanma və birbaşa iş dünyasına hazır kadr halında məzun olmalarını təmin etməkdir. Pragmatech bu modeli necə tətbiq edir? Şirkət daxilində fəaliyyət göstərən proqramçı komandası Pragmatechdə təhsil alan tələbələrlə birbaşa ünsiyyətdədir. Tələbələr komandalara ayrılır və hər komanda bir Pragmatech proqramçısı ...

Qəbul prosesi

Müsahibə
Mərkəzimizə müraciət edən şəxslər ilkin olaraq müsahibə nəticəsində dəyərləndiriləcəklər.
İngilis dili testi
Bütün tədris materiallarımız İngilis dilində olduğu üçün, tələbələrimizin minimal texniki İngilis dili bilikləri yoxlanılacaqdır.
Texniki test
Texniki testin keçirilməsində məqsəd, tələbələrin analiz və məntiq qabiliyyətinin dəyərləndirilməsidir.